Fəaliyyətini dayandıran "Xəzər Lənkəran"dan "Neftçi"yə transfer reallaşıb. Fanat.az-ın əldə etdiyi məlumata görə, bu dəfə Cənub klubundan əzəli rəqibə futbolçu yox, həkim transfer olunub.
Belə ki, komandanın moldovalı həkimi Gennadi Kişlar bundan sonra "Neftçi"də fəaliyyət göstərəcək. O, "ağ-qaralar"ın təlim-məşq toplanışının ilk günündən komandanın düşərgəsindədi.
Qeyd edək ki, 1977-ci ildə Moldovada doğulan Gennadi Kişlar 2011-ci ildən "Xəzər Lənkəran"da çalışır. Komanadada o, "Doki" ləqəbi ilə tanınırdı.
Fanat.az