"Xəzər Lənkəran"ın əcnəbi məşqçisi "Neftçi"də

"Xəzər Lənkəran"ın əcnəbi məşqçisi "Neftçi"də

"Neftçi" sabiq məşqçisi Covanni Melkiorreni yenidən sıralarına qaytarıb. Fanat.az azerisport.az-a istinadən xəbər verir ki, o, bundan sonra da komandanın fiziki hazırlığı ilə məşğul olacaq. 

Hansı ki, Əsgər Abdullayev baş məşqçi postuna gələndən bəri sözügedən post boş idi.

Qeyd edək ki, Melkiorre "Neftçi"nin düşərgəsinə ötən gün qoşulub. Tezliklə tərəflər arasında müqavilə imzalanacaq. O, bir neçə il öncə "Neftçi"də çalışmışdı. İtalyalı mütəxəssisin son iş yeri isə "Xəzər Lənkəran" olub. Melkiorre həmçinin Türkiyənin "Qalatasaray", Rumıniyanın isə "Astra", "Petrolul" və ÇFR klublarında işləyib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər