"Xalımızın üstünə xal gəldi, razı qaldıq" - Ayxan Abbasov

"Xalımızın üstünə xal gəldi, razı qaldıq" - Ayxan Abbasov

Misli Premyer Liqasının 23-cü turunda Tovuzda "Kəpəz" ilə 1:1 hesablı heç-heçə edən "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov oyunu dəyərləndirib.

Fanat.Az xəbər verir ki, o, matçın ardından təşkil edilən mətbuat konfransında belə danışıb:

"Gərgin oyun idi. Heç birimiz uduzmaq istəmirdik. Hər iki hissədə qol epizodlarımız oldu, amma istifadə edə bilmədik. Qol epizodları baxımından yüzdə yüz üstün idik. Amma adi epizodda qol buraxdıq. Matçın gərginliyi hiss olunurdu. Xalımızın üstünə xal gəldi, razı qaldıq. Oyunun gedişini nəzərə alsaq, 1 xal da pis deyil. Yuxarıdakı rəqiblərə yaxınlaşdıq".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər