"Tottenhem" - "Qarabağ" oyununun vaxtı bilindi

"Tottenhem" - "Qarabağ" oyununun vaxtı bilindi

Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində Londonda "Tottenhem"lə qarşılaşacaq "Qarabağ"ın oyununun yubandığını xəbər vermişdik. Komandamızı daşıyan avtobus İngiltərənin paytaxtında tıxaca düşdüyü üçün stadiona vaxtında çata bilməyib. Bu səbəbdən matç nəzərdə tutulan vaxtda start götürməyib.   Fanat.Az-ın məlumatına görə, "Qarabağ" artıq stadiona çatmaq üzrədir.

Qarşılaşmanın baş tutacağı vaxt da müəyyənləşib. UEFA-nı vaxtında məlumatlandıran Ağdam klubunun düşdüyü situasiya anlayışla qarşılanıb. Qurum oyunun 23:35-də keçirilməsinə qərar verib.

Qeyd edək ki, oyun saat 23:00-da başlamalı idi.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər