"Samtredia" - "Qəbələ" matçının hakimləri açıqlandı

"Samtredia" - "Qəbələ" matçının hakimləri açıqlandı

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ"nin birinci təsnifat mərhələsində "Samtredia" ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb. 

Fanat.az xəbər verir ki, "qırmızı-qaralar"la gürcülərin matçını yunanıstanlı hakimlər briqadası idarə edəcək.

Zestafonidə baş tutacaq qarşılaşmada komandaları meydana baş hakim kimi Georgios Kuzas çıxaracaq. Ona bu işdə Çasan Koula və Yoannis Sipkas köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Alexandros Aretopoulos yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 7-də keçiriləcək "Samtredia" - "Qəbələ" görüşü Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər