"Roma" PSJ-dən futbolçu transfer etdi

"Roma" PSJ-dən futbolçu transfer etdi

"Roma" PSJ-dən Lukas Dingeni heyətinə qatıb. Fanat.az хəbər verir ki, İtaliya klubu fransalı futbolçunu icarəyə götürüb.

Müqaviləyə əsasən Lukas Dinge bir il "Roma"da çıхış edəcək. İtalyanlar buna görə PSJ-yə 2,5 milyon avro ödəyib. "Roma" gələn yay müəyyən məbləğ ödəyərək onun transferi hüququnu ala bilər. 

Qeyd edək ki, Paris klubu Lukas Dingeni 2011-ci ildə "Lill"dən 15 milyon avroya almışdı. Fransa yığmasının 22 yaşlı üzvü iki mövsümdə PSJ-də 45 oyun keçirib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər