"Qəbələ" Şotlandiyanın "Reyncers" klubunun futbolçusunu heyətinəqatır. Fanat.Az "The Scottish Sun"a istinadən xəbər verir ki, "qırmızı-qaralar" heyəti Endi Hallideylə gücləndirir.
Məlumata görə, "Reyncers" 26 yaşlı yarımmüdafiəçini Azərbaycan klubuna 1 illik icarəyə verəcək. Hallidey bu gün komandanın Avstriyadakı təlim-məşq toplanışına qoşulacaq.
Bildirilir ki, baş məşqçi Pedro Kayşinya futbolçuya gələcək planlarına daxil olmadığını və özünə yeni iş yeri tapmağı, tapanadək klubun 20 yaşadək futbolçulardan ibarət komandası ilə məşq etməyi tapşırıb. Bu zaman isə ona "Qəbələ"dən təklif gəlib. Bu gün "Qəbələ"nin düşərgəsinə qoşulacaq Endi Hallideylə müqavilənin detalları müzakirə olunacaq.
Qeyd edək ki, Endi Hollidey 2015-ci ildən "Reyncers"də çıxış edir. O, komandanın heyətində 90 rəmsi oyuna çıxıb və 15 qol vurub. 26 yaşlı futbolçu əvvəllər Şotlandiyanın "Livinqston", İngiltərənin "Midlsbro", "Ualsall", "Blekpull" və "Bradford" klublarında çıxış edib.
Fanat.Az