"Rəvan"da "quş" tapıldı, "Neftçi"nin baş məşqçisini cəzalandı

"Rəvan"da "quş" tapıldı, "Neftçi"nin baş məşqçisini cəzalandı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqada və əvəzedicilərin çempionatının XXII turunda qeydə alınmış qayda pozuntularına hüquqi qiymət verib.
Premyer Liqada iki klub cərimələnib. "İnter" "Kəpəz"lə, "Neftçi" "Qarabağ"la oyunda 4 futbolçusu sarı vərəqə aldığından 1000 manat ödəyəcək.
"Neftçi"nin əvəzedici komandasının baş məşqçisi Tofiq Mustafayev "Qarabağ"la oyunda texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalandırılıb, klub 500 manat cərimə edilib.
"Rəvan" və "Qəbələ" oyununa görə hər iki komanda 500 manat cərimələnib. Buna səbəb "Rəvan"ın 4, "Qəbələ"nin 5 futbolçusunun sarı vərəqə alması olub.
İntizam Komitəsi Premyer Liqanın XXI turu ilə bağlı qərar verib. Belə ki, “Zirə” - “Rəvan” matçının videoyazısına baxıldıqdan sonra aşkar olunub ki, “Rəvan”ın 11 №-li futbolçusu Elnur Abdulov oyunun 75-ci dəqiqəsində meydançaya daxil olarkən futbolçunun formasında adı qeyd olunmayıb. Fubolçunun adının qeyd olunmamasına görə klub 1000 manat cərimələnib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər