"Real" səfərdə, PSJ evdə

"Real" səfərdə, PSJ evdə
Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində daha 2 qarşılaşma keçiriləcək. Fanat.az xəbər verir ki, "Volfsburq" "Real"ı, PSJ isə "Mançester Siti"ni qəbul edəcək.
Eyni saatda başlayacaq hər iki qarşılaşmanın maraqlı keçəcəyi gözlənilir. Hər halda Almaniya təmsilçisinin "kral klubu" üçün sirli qutu olduğunu düşünmək olar. İspanlar rəqibinə nisbətən daha titullu, adlı-sanlı olsa da, almanların Zinəddin Zidanın komandasına asan təslim olmayacağını düşünmək olar.
Parisdə baş tutacaq qarşılaşmada isə meydan amilinə görə üstün olan tərəf fransızlardı. Komandaların gücünü nəzərə alsaq, hər halda maçtın taleyinə ilk oyunda aydınlıq gəlməcəyi gözlənilir.
Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
6 aprel
22.45 PSJ (Fransa) - Mançester Siti (İngiltərə)
Hakimlər: Milorad Maziç, Milovan Ristiç, Dalibor Corceviç, Nemanya Petroviç (Serbiya).
Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Cokiç (Serbiya).
Paris. "Park de Prens” stadionu.
 
22.45 Volfsburq (Almaniya) - Real (İspaniya)
Hakimlər: Canluka Rokki, Elenito di Liberator, Canluka Kariolato, Mauro Tonolini (İtaliya).
Əlavə köməkçi hakimlər: Antonio Damato, Karmine Russo (İtaliya).
Volfsburq. "Volfsburq Arena”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər