"Qələbə üçün hər şey edəcəyik" - Leandro Andrade

"Qələbə üçün hər şey edəcəyik" - Leandro Andrade

 "Qarabağ"ın vingeri Leandro Andrade sabah Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunundan öncə baş tutan ənənəvi mətbuat konfransına qatılıb.

Fanat.Az xəbər verir ki, o, belə danışıb:

"Bu görüşdə yaxşı futbol sərgiləyib Azərbaycan xalqını sevindirməyə çalışacağıq. Yenidən bunu etmək şansımız var. Bizim üçün çox vacib matçdır. Meydanda bacardığımızı etməyə çalışacağıq. Rəqib əla komandadır. Çempionlar Liqasında zəif klub yoxdur. Qələbə üçün hər şey edəcəyik. Tam olaraq bu görüşə köklənmişik".

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər