"Qəbələ"yə son dəqiqə şoku - "Qarabağ" xal itirmədi

"Qəbələ"yə son dəqiqə şoku - "Qarabağ" xal itirmədi
Topaz Premyer Liqasında XVIII tura start verilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub və liderlər meydana çıxıb.
“Qarabağ” Gəncədə “Kəpəz”lə qarşılaşıb. Fasilədən sonra bərbad çıxış edən Şahin Diniyevin yetirmələri son 4 oyunda məğlub olmuşdu. Gəncəlilər bu oyunda uğursuzluğa son qoymağı hədəfləmişdi. Qurban Qurbanovun komandası liderliyi və "Qəbələ" ilə 1 xallıq fərqi qorumaq üçün qələbə iddiasında idi. Oyunun taleyini bir qol həll edib. 65-ci dəqiqədə fərqlənən Mahir Mədətov "Qarabağ"a qələbə qazandırıb.
 
“Qarabağ”dan bir xal geri qalan “Qəbələ” “Zirə”nin qonağı olub. Matça yaxşı başlayan "Qəbələ" 37-ci Daniel Subotiçin qoluna sevinib. "Zirə" buna 54-cü dəqiqədə Viktor İbekoyi ilə cavab verib. 75-ci dəqiqədə qonaqlardan Rasim Ramaldanov meydandan qovulsa da, 13 dəqiqə sonra Premyer Liqanın bombardiri Filip Ozobiç "Qəbələ"ni yenidən hesabda önə keçirib. Lakin "Zirə" təslim olmayıb və bərabərlik qolunu vurub. 90+4-cü dəqiqədə yeni transfer Riçard Qadze fərqlənib - 2:2. Nəticədə "Qarabağ"la "Qəbələ" arasında 3 xallıq fərq yaranıb.
Premyer Liqa
2016/17 mövsümü
III dövrə, XVIII tur
12 fevral
Kəpəz - Qarabağ 0:1
Qol: Mahir Mədətov, 65.
Kəpəz: 30. Davud Kərimi, 5. Kərim Diniyev, 10. Dario Federiko, 13. Şəhriyar Rəhimov, 15. Azad Kərimov, 17. Nicat Qurbanov, 18. Tural Axundov (k), 19. Orxan Əliyev, 21. Novruz Məmmədov, 25. Şəhriyar Əliyev, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 88. Tadas Simaitis, 6. Ceyhun Cavadov, 7. Vüqar Bəybalayev, 23. Tural Nərimanov, 68. Əli Nuri, 77. Serjio Kosta, 80. Tural Rzayev.
Baş məşqçi: Şahin Diniyev.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Migel Madera, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 6. Dino Ndlovu, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Gəncə şəhər stadionu.
Zirə - Qəbələ 2:2
Qollar: Viktor İbekoyi, 54. Riçard Qadze, 90+4 - Daniel Subotiç, 37. Filip Ozobiç, 88.
Zirə: 1. Anar Nəzirov, 5. Adil Nağıyev, 6. Vüqar Mustafayev, 7. Amadu Sanqar, 11. Viktor İbekoyi, 10. Elvin Məmmədov (k), 16. Akim Latifu, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 39. Sadiq Quliyev, 43. Riçard Qadze.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 8. Milan Duriç, 9. Nurlan Novruzov, 13. Aleksandr Şemonayev, 32. Sahil Cəfərov, 44. Migel Lorenso, 92. Cavid Tağıyev.
Baş məşqçi: Ayxan Abbasov.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 5. Rasim Ramaldanov, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 14.Cavid Hüseynov (k), 19. Filip Ozobiç, 31. Daniel Subotiç, 34. Urfan Abbasov, 88. Tellur Mütəllimov.
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 4. Elvin Camalov, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 21. Roman Hüseynov, 27. Teo Viks, 77. Araz Abdullayev.
Baş məşqçi: Roman Qriqorçuk.
Qırmızı vərəqə: Rasim Ramaldanov, 75.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.

ct№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

18

13

3

2

32:8

42

2

Qəbələ

18

11

6

1

36:10

39

3

İnter

17

7

8

2

28:18

29

4

Sumqayıt

17

5

7

5

19:32

22

5

Zirə

18

6

4

8

18:20

22

6

Kəpəz

18

3

6

9

12:22

15

7

Neftçi

17

4

1

12

13:33

13

8

AZAL

17

1

5

11

8:31

8

Bombardirlər

Filip Ozobiç (Qəbələ) - 10. Baqali Dabo (Qəbələ) - 7.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər