"Qəbələ"yə qarşı oynamayacaq

"Qəbələ"yə qarşı oynamayacaq

"İnter" itki ilə üzləşib. Fanat.Az xəbər verir ki, baş məşqçi Zaur Svanadze Fuad Bayramovun xidmətindən məhrum olub.

Gənc futbolçu cəzalı duruma düşüb. Belə ki, Fuad "Qarabağ"la oyunun 34-cü dəqiqəsində meydançaya icazəsiz daxil olduğu üçün cəzalanaraq sarı vərəqə limitini doldurub. Mövsüm ərzində 8-ci "sarı"nı alan və ikinci dəfə cəzalı duruma düşən Bayramov XXI turda "Qəbələ"yə qarşı oynamayacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər