“Qəbələ” üzərində zəfər tarixi uğurdu. Çünki klub “Axmat” adıyla ilk oyununa çıxırdı". Fanat.Az xəbər verir ki, bu sözləri dünən təmsilçimizi minimal hesabla yenən Qroznı “Axmat”ının baş məşqçisi Oleq Kononov deyib.
1:0 hesablı qələbəylə bağlı klubun rəsmi saytına danışan mütəxəssis əlavə edib: “Qələbə hər zaman xoşdu. Bunu debüt matçında reallaşdırmağın isə başqa yeri var. Futbolçularımın çıxışından məmnun qaldım. Fasilədən sonra da fəal görünsək də, ilk yarıdakı oyunumuz daha ürəkaçan idi. Əsas odu ki, uşaqlar verilən tapşırıqları yerinə yetirdilər. Doğru yoldayıq. Belə davam etməliyik”.
Qeyd edək ki, Qroznı "Terek"i bu aydan "Axmat" adlanır.
Fanat.Az