"Qəbələ"yə 4 qol vuran futbolçu "Mançester Siti"də?

"Qəbələ"yə 4 qol vuran futbolçu "Mançester Siti"də?

"Mançester Siti"nin heyətinə qatmaq istədiyi iki futbolçunun kimliyi müəyyənləşib. Fanat.Az xəbər verir ki, Pep Qvardiolanın sərəncamında görmək istədiyi futbolçulardan biri Vilyam Karvalyodu.

Qvardiola yarımmüdafiə xəttini  İlkay Gündoğanın zədələnməsi və Yaya Turenin mümkün gedişi səbəbindən gücləndirmək istyir. İspan mütəxəssisin bu mövqeyə əsas namizədi Karvalyodur. "Mançester Siti" rəhbərliyinin bu futbolçu üçün "Sportinq"ə 35 milyon funt-sterlinq verməy hazır oldubu deyilir.

"Mançester Siti"nin hədəfindəki digər ulduz Pyer-Emerik Aubameyanqdı. Avropa Liqasının iki oyununda "Qəbələ"nin qapısına 4 qol vurmuş "Borussiya"nın (Dortmund) qabonlu ulduzu üçün hansı məbləğin təklif ediləcəyi açıqlanmır.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər