"Qəbələ"nin üzvü oynadı, komandası 4 qol vurdu

"Qəbələ"nin üzvü oynadı, komandası 4 qol vurdu

"DÇ-2018" seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçrilib. Fanat.Az xəbər verir ki, "Qəbələ"nin üzvü Sergey Zenyovun çıxış etdyii Estoniya millisi Cəbəllütariqi qəbul edib.

Oyun estoniyalıların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Zenyov meydana start heyətində çıxıb və 65-ci dəqiqədə Henrik Oyamaa tərəfindən əvəzlənib.

Qeyd edək ki, "Neftçi", "İnter" və "Rəvan"ın sabiq üzvü, hazırda Estoniyanın "İnfonet" klubunda forma geyinən Dmitri Kruqlov da matçın iştirakçısı olub. O, 70-ci dəqiqədə meydana çıxıb.

Estoniya millisi oktyabrın 10-da Yunanıstanı qəbul edəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər