"Qəbələ"nin sabiq üzvü çempion və bombardir oldu

"Qəbələ"nin sabiq üzvü çempion və bombardir oldu

Moldova çempionatında mövsümünə yekun vurulub. Fanat.az xəbər verir ki, "Qızıl oyun"da "Şerif"lə "Daçiya" qarşılaşıb.

"Şerif" 1:0 hesabı ilə qalib gələrək tarixində 14-cü dəfə Moldova çempionu olub. "Qəbələ"nin sabiq üzvü Daniel Subotiç də matçın iştirakçısı olub. 27 yaşlı forvard 62-ci dəqiqədə əvəzlənib. Subotiç bu oyunda fərqlənə bilməsə də, 12 qolla mövsümün bombardiri olub.

Qeyd edək ki, Daniel Subotiç 2013/14 mövsümündə "Qəbələ"də çıxış edib. İsveçrəli hücumçu həmin vaxt 35 oyunda 13 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər