Erməni lobbisinin Moskvada yaratdığı "Ararat" daha bir transfer edib. Fanat.Az xəbər verir ki, 2017-ci ilin martında Rusiya Futbol İttifaqında qeydiyyatdan keçən, 3-cü divizionun Moskva zonası üzrə birinciliyində mübarizə aparan Rusiya təmsilçisi Marat İzmaylovu heyətə qatıb.
Məlumatı daha öncə Roman Pavlyuçenkonu rənglərinə bağlayan erməni klubunun rəsmi saytı yayıb.
Qeyd edək ki, Rusiya millisinin sabiq yarımmüdafiəçisi İzmaylov Yuri Syominin baş məşqçi olduğu dönəmdə "Qəbələ"də oynayıb.
Fanat.Az