"Qəbələ"nin sabiq baş məşqçisi Dorinel Muntyanunun yeni iş yeri müəyyənləşib.
Runıniya mətbuatına yaydığı xəbərə görə, 48 yaşlı mütəxəssis İraqın "Zaxo" klubu ilə anlaşıb. Onunla 6 aylıq müqavilə imzalanıb.
"Zaxo" hazırda İraq superliqasında 7 xalla 19-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, rumıniyalı məşqçi 2014-cü ildə "Qəbələ"də çalışıb. O, "Qəbələ" ilə 1 illik müqavilə imzalasa da, komandanın uğursuz çıxışları səbəbindən 5 aydan sonra istefaya göndərilib.
Fanat.Az