İngiltərənin "Fulwell73" konsorsiumu "Sanderlend" klubunu satın almaq istəyir. Fanat.Az xəbər verir verir ki, konsorsiumun tərkibində "Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams da yer alıb.
Bu ideya Adamsla "Çelsi"nin sabiq icraçı direktoru Pol Smitə məxsusdur. Onlar bu günlərdə məşhur futbol məsləhətçisi Kit Harrislə görüşərək müzakirələr aparacaq. Bu şəxs "Çelsi", "Tottenhem", "Mançester Siti", "Fulhem", "Vest Hem" və "Everton"un satışında iştirak edib.
Premyer Liqanı tərk edən "Sanderlend"in sahibi Ellis Şort klubu satmaq üçün 80 milyon funt-sterlinq istəyir. Satış baş tutsa, Adams komandanın baş məşqçisi olacaq.
Fanat.Az