"Qəbələ"nin rəqibindən 10 milyonluq transfer - RƏSMİ

"Qəbələ"nin rəqibindən 10 milyonluq transfer - RƏSMİ
“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Anderlext” heyətini gücləndirib. Fanat.Az xəbər verir ki, Belçika klubu Nikolae Stankunu transfer edib.
Bəzi məlumatlara görə, onun üçün 10, bəzi məlumatlara görə isə 7,8 milyon avro ödənilib. "Styaua"dan transfer olunan futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Transfermarkt" Rumıniya millisinin 23 yaşlı yarımmüdafiəçisinə 3,5 milyonavro qiymət qoyub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər