"Qəbələ"nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi "Lill" heyətini yeni futbolçu ilə gücləndirib. Fanat.az xəbər verir ki, Fransa klubu Yunus Sankareni transfer edib.
"Genqam"dan alınan yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. 26 yaşlı futbolçunun transferi qiyməti açıqlanmayıb. "Transfermarkt" isə onu 3.5 milyon avro qiymət qoyub.
Yunus Sankare 2013-cü ildə "Genqam"a 700 min avroya transfer olunmuşdu. Ötən mövsüm 36 rəsmi oyuna çıxan Yunus 6 qol vurub.
Əvəzində "Lill" hücumçu Ronni Rodelinlə yollarını ayırıb. Ötən mövsümü icarə əsasında “Kan”da keçirən 27 yaşlı futbolçu elə bu klubla müqavilə imzalayıb. “Kan” rəhbərliyi Rodelinin transfer hüququnu birdəfəlik alıb.
Fanat.az