"Qəbələ"nin oyunu ispanlara tapşırıldı

"Qəbələ"nin oyunu ispanlara tapşırıldı

Avropa Liqasının II təsnifat mərhələsinin “Panatinaikos” (Yunanıstan) - “Qəbələ” matçına hakim təyinatları açıqlanıb. Fanat.Az xəbər verir ki, iyulun 27-də Afinada keçiriləcək qarşılaşmanı ispan hakimlər idarə edəcək.

Matçın baş hakimi Xuan Martinez Munuera olacaq. Ona Dieqo Barbera Sevilya və Sezar Manuel Noval Font yardım edəcək. Dördüncü hakim funksiyasını Mario Melero Lopez yerinə yetirəcək.

 

Qarşılaşmanın UEFA nümayəndəsi şimali irlandiyalı Lesi Irvin, hakim-inspektoru latviyalı Yanis Mejekis olacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər