"Qəbələ"nin maddi şərtləri daha cazibədar idi"- Deyv Bultuis

"Qəbələ"nin maddi şərtləri daha cazibədar idi"- Deyv Bultuis

“Qəbələ”nin yeni transferi Deyv Bultuis ölkəsinin mətbuatına danışıb. Fanat.Az xəbər verir ki, holland müdafiəçi “Nürnberq”lə yeni müqavilə imzalamamasınının səbəbini açıqlayıb:

 “Qəbələ”ni seçməyimin əsas səbəbi yeni macəralar axtarmaq istəyidir. Almaniyada çox yaxşı vaxt keçirdim. 3 il ərzində coşğulu azarkeşlər qarşısında oynamaq əla duyğudur. Fiziki və zehni baxımından çox şey qazandığımı deyə bilərəm. Ancaq karyeramın elə bir nöqtəsindəyəm ki, maddi olaraq gələcəyimi düşünməyə məcburam. Bu məqamın da “Qəbələ”ni seçməyimdə rolu böyükdür”.

 

Sol cinah müdafiəçisi bir çox təkliflərin olduğunu da qeyd edib: “Həm vətənimdən, həm də digər ölkələrdən təkliflər almışdım. Çox düşündükdən sonra “Qəbələ”ni seçdim. Açığını deyim ki, bu seçimdə maddi şərtlərin cazibədar olması da əsas səbəblərdən biridir”.

 

Qeyd edək ki, peşəkar karyerasına Hollandiyada - “Utrext”də başlayan Bultuis 4 mövsüm vətənində çıxış etdikdən sonra “Nürnberq”lə anlaşıb. O, son 3 mövsümdə Almaniya təmsilçisinin heyətində 71 oyunda meydana çıxıb və 3 qol vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər