"Qəbələ" Premyer Liqanın son turunda meydana tam heyətlə çıxa bilməyəcək. Fanat.az xəbər verir ki, komandanın bosniyalı üzvü Ermin Zets üçün mövsüm bir tur əvvəl bitib.
Belə ki, futbolçu cəzalı duruma düşüb. AZAL-la oyunun 79-cu dəqiqəsində cəzalanan Ermin sarı vərəqə limitini doldurub. Cari mövsümdə 8-ci "sarı"nı alan bosniyalı oyunçu ikinci dəfə cəzalı duruma düşüb. Bu səbəbdən o, XXXVI turun "Kəpəz"lə oyununu buraxacaq.
Fanat.az