"Qəbələ"nin futbolçusu rəsmən "Tobol"da

"Qəbələ"nin futbolçusu rəsmən "Tobol"da

“Qəbələ”nin yarımmüdafiəçisi Nika Kvekveskirinin “Tobol”a keçidi rəsmiləşib. 

Fanat.Az xəbər verir ki, gürcü futbolçu gələn mövsümdən Qazaxıstan təmsilçisinin formasını geyinəcək.

 

“Qəbələ” ilə müqavilə müddəti başa çatan və bir neçə gündü “Tobol”la danışıq aparan 25 yaşlı oyunçu bu gün rəsmi müqaviləyə qol çəkib. Yeni komandasına azad agent kimi keçən Nika 1,5 illik saziş bağlayıb. O, “Tobol”da 21 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, Nika Kvekveskiri “Qəbələ”yə ötən ilin yayında “İnter”dən keçmişdi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər