"Qəbələ"nin futbolçusu oynadı, xorvatlar finala çıxa bilmədi

"Qəbələ"nin futbolçusu oynadı, xorvatlar finala çıxa bilmədi
“Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiç Xorvatiya millisində debüt edib. Fanat.Az xəbər verir ki, o, komandasının “Çin kuboku-2017”dəki oyununda meydana çıxıb.
Matça start heyətində çıxan başlayan Ozobiç 57-ci dəqiqədə əvəzlənib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burda isə daha dəqiq (4:1) olan Çili millisi qələbə qazanaraq, adını finala yazdırıb.
 
Çiliyə uduzan Xorvatiya yığması yanvarın 14-də III yer uğrunda görüşdə Çinlə üz-üzə gələcək.
 
Qeyd edək ki, İslandiya və Çili milliləri arasında baş tutacaq final qarşılaşması isə yanvarın 15-də keçiriləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər