"Qəbələ"nin futbolçusu cəzalandı, "Neftçi" cərimləndi

"Qəbələ"nin futbolçusu cəzalandı, "Neftçi" cərimləndi

AFFA İntizam Komitəsinin növbəti iclası keçrilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın və əvəzedicilərin çempionatının XVIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

"Zirə" ilə oyunun 74-cü dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılan "Qəbələ"nin futbolçusu Rasim Ramaldanov bir oyunluq cəzalandırılıb, klub 200 manat cərimə olunub. "Zirə" 4 futbolçusu sarı vərəqə aldığından 800 manat cərimələnib.

"Neftçi" də eyni məbləğdə cərəmə ödəyəcək. "Ağ-qaralar"ın 4 futbolçusu "Sumqayıt"la oyunda hakimjən xəbərdarlıq alıb. "Neftçi"nin əvəzedici komandası isə eyni səbəbdən 400 manat cərimlənib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər