Gürcüstan yığmasının heyəti açıqlanıb. Fanat.Az xəbər verir ki, qonşu ölkə yığmasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Avstriyaya qarşı keçirəcəyi oyuna 28 futbolçu çağırılıb.
Siyahıda Azərbaycanda oynayan futbolçu da var. Belə ki, baş məşqçi Vladimir Vayss “Qəbələ”nin yarımmüdafiəçisi Nika Kvekveskirini milliyə dəvət edib.
Onunla yanaşı Bakı "İnter"inin sabiq üzvləri Aleksandr Amisulaşvili (hazırda Tiflis "Dinamo"sunda oynayır) və Georgi Navalovski (hazırda Yunanıstanın "Vera"klubunda çıxış edir) də milliyə çağırılıb.
Qeyd edək ki, avqustun 29-da toplaşacaq Gürcüstan millisi DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu sentyabrın 5-də Avstriyaya qarşı keçirəcək.
Fanat.Az