Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Yagelloniya” – “Qəbələ” matçının başlama saatı bəllidi.
Fanat.az Polşa klubunun rəsmi saytına istinadən xəbər verir ki, iyulun 20-də keçiriləcək cavab qarşılaşmasının start fiti Bakı vaxtı ilə 22:30-da veriləcək.
Bu gündən oyunun biletləri də satışa çıxarılıb.
Fanat.Az