16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, Rüfət Əhmədov martın 8-də hazırlığa start verən yığmanın toplanışından kənarlaşdırılıb.
Buna səbəb “Qəbələ” futbolçusunun zədəli olmasıdı. Onun əvəzinə “İnter”in üzvü Əbil Əbilov toplanışa dəvət edilib.
Fanat.Az