"Qəbələ"dən transfer açıqlaması

"Qəbələ"dən transfer açıqlaması
"Hələ də hücumçu axtarırıq. Bu məsələ bizim ən yaralı yerimizdi. Bir hücumçu ilə danışmışdıq, hətta bu oyuna kimi çatdırmaq istəyirdik, ancaq son anda razılaşma əldə olunmadı. Əlcəzairli oyunçu idi".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov "Maribor"la oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Klub rəsmisi Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaqları halda bahalı transferlərin olmayacağını bildirib: "Ola bilər ki, axtardığımız hücumçudan əlavə başqa bir futbolçu da götürək. Bunu indi deyirəm, ancaq klub prezidenti ilə bu barədə hələ heç nə danışmamışıq".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər