"Qəbələ"ni tərk edən Xavi Ernandes Qonzales özünə klub tapıb.
Fanat.Az xəbər verir ki, ispan yarımmüdafiəçi Polşa "Krakoviya"sıyla anlaşıb. O, daha bir sabiq "Qəbələ"liylə - Sergey Zenyovla eyni komandada oynayacaq.
Bu yay heyətə cəlb edilən ispan legionerlə 1 ili şərti olmaqla, 2 illik müqavilə imzalanmışdı. Bir neçə gün öncə isə müqaviləsini qarşılıqlı razılıq əsasında pozan orta xətt oyunçusu ölkəmizdən getmişdi. Sözügedən legioner "Qəbələ"yədək digər Polşa təmsilçisi "Qurnik"in şərəfini qorumuşdu.
Fanat.Az