"Qəbələ"dən daha bir transfer- RƏSMİ

"Qəbələ"dən daha bir transfer- RƏSMİ

“Qəbələ” mövsümlərarası fasilədə növbəti transferini rəsmiləşdirib. Fanat.Az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” "Nürnberq"in müdafiəçisi Deyv Bultuislə 3 illik müqavilə imzalayıb.

 

 

1990-cı il iyunun 28-də Hollandiyada doğulan müdafiəçi peşəkar karyerasına Utrextin eyniadlı təmsilçisində başlayıb. Həm sol cinahda, həm də mərkəzdə çıxış edən Bultuis 2010-2014-cü illərdə “Utrext”in şərəfini qoruyub.

 

2014-cü ildə Almaniyaya yollanan hollandiyalı son 3 mövsümü “Nürnberq”in heyətində keçirib.

Qeyd edək ki, "Qəbələ" daha öncə İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz, hollandiyalı Dion Malone, şotlandiyalı Endi Hallidey, malili Famussa Koneni rənglərinə bağlamışdı.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər