"Qəbələ"dən Cavid Hüseynovla bağlı AÇIQLAMA

"Qəbələ"dən Cavid Hüseynovla bağlı AÇIQLAMA
"Məsələnin mənəvi tərəfi Cavidə aiddir. O, ilk olaraq psixoloji gərginliyi öz üzərindən atmalıdı". Bunu "Report"a açıqlamasında "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov komandanın həbsdən azad edilmiş sabiq üzvü Cavid Hüseynov haqda deyib.
Klub rəsmisi onun yenidən komandaya cəlb olunacağı ilə bağlı bunları bildirib: "İlk olaraq Cavid əvvəlki formasını bərpa etməlidi. Üstəlik bir məsələ də var ki, bunu klub rəhbərliyi ilə danışmalıyıq. Rəsmi qərar verildikdən sonra bu barədə ictimaiyyətə ətraflı açıqlama veriləcək".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər