"Qəbələ"dən ayrılan futbolçu Türkiyə Super Liqasında

"Qəbələ"dən ayrılan futbolçu Türkiyə Super Liqasında
"Qəbələ"dən ayrılan Ermin Zetsin yeni klubu müəyyənləşib. Fanat.Az xəbər verir ki, bosniyalı futbolçu karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Belə ki, 28 yaşlı hücumçu "Karabükspor"a keçib. O, yeni klubu ilə bir illik müqavilə imzalayıb. 
Qeyd edək ki, Ermin Zets 2015/16 mövsümündə çıxış etdiyi "Qəbələ"də 36 oyun keçirib və 10 qol vurub. O, Türkiyədə "Gənclərbirliyi" və "Balıkesirspor"un formasını geyinib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər