“Qəbələ”dən ayrılan Ermin Zets karyerasını Xorvatiyada davam etdirə bilər. Fanat.az xəbər verir ki, bu ölkənin “Hayduk” klubu bosniya və herseqovinalı hücumçunun xidmətində maraqlıdı.
Hazırda tərəflər arasında danışıqlar gedir. Tərəflərin yaxın günlərdə müqavilə imzalaması gözlənilir.
Qeyd edək ki, Ermin Zets "Qəbələ"nin heyətində 36 rəsmi oyuna çıxıb və 10 qol vurub. "Neftçi"nin və milli komandamızın üzvü Ruslan Qurbanov ötən mövsüm icarə əsasında "Hayduk"da çıxış edib (7 oyun, 200 dəqiqə).
Fanat.az