"Qəbələ"də daha bir müqavilə

"Qəbələ"də daha bir müqavilə
"Qəbələ" daha bir futbolçusu ilə bağlı qərar verib. Fanat.az xəbər verir ki, bölgə klubu Rəşad Sadiqovu heyətində saxlayıb.
Onunla bir illik müqavilə imzalanıb. Klub rəhbərliyi Asif Məmmədovla da razılıq əldə edib. Onunla da yaxın günlərdə anlaşma imzalanacaq.
Qeyd edək ki, bundan əvvəl Dmitri Bezotosnının müqaviləsini bir illik uzadan "Qəbələ" Ermin Zets, Arif Daşdəmirov, Samir Zərgərov və Aleksey Qayla yollarını ayırıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər