"Qəbələ" Zalsburqda bir araya gəldi

"Qəbələ" Zalsburqda bir araya gəldi

“Qəbələ” 2017/18 mövsümünə hazırlıq çərçivəsində ikinci təlim məşq-toplanışına start verib. Fanat.Az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” iyunun 27-də Avstriyanın Zalsburq bölgəsində bir araya gəlib.

 

Roman Qriqorçukun yetirmələri toplanışın ilk gününü bir məşqlə tamamlayıb. Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi toplu çalışmalardan ibarət olub. 

Bu günə isə iki məşqi nəzərdə tutulub. Səhər saatlarında fiziki hazırlıq üzərində çalışan kollektiv günün ikinci yarısında meydanda məşq edəcək.

 

Qeyd edək ki, iyunun 3-də Bakıda yığışan, ayın 7-23-də Avstriyanın Tirol bölgəsində, İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində təlim-məşq toplanışında olan “Qəbələ”nin hazırlıq prosesinin ikinci hissəsi iyulun 9-dək davam edəcək. Bu müddətdə komanda üç yoxlama oyununda qüvvəsini sınayacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər