Bu gün "Panatinaikos"u qəbul edəcək Qəbələ yubiley zəfərinə sevinə bilər.
Fanat.Az-ın hesablamalarına görə Çempionlar Liqasında oyun keçirməyən "qırmızı-qaralar" Avroliqada indiyədək 9 qələbəyə sevinib. Yunanıstan komandası üzərində mümkün zəfər Roman Qriqorçukun komandasını yubileyə qovuşduracaq. Hərçənd 10-cu qələbəni doya-doya yaşamaq üçün təmsilçimiz ilk oyunda 1:0 hesabıyla uduzduğu "yaşıllar"ı 2 top fərqiylə üstələyib mərhələ adlamalıdı. Qəbələlilər Afinada yenildiyi hesabla qalib gələrək işi penaltilər seriyasında da bitirə bilər.
Fanat.Az