Daha bir futbolçu "İnter"i tərk edib. Fanat.az xəbər verir ki, Nika Kvekveskiri bank klubundan ayrılıb.
Əslində "İnter" onunla əməkdaşlığı davam etdirmək istəyirdi. Amma danışıqlar prosesi uğurla başa çatmayıb və Gürcüstan millisinin üzvü klubu tərk edib.
Nika Kvekveskiri "İnter"dən ayrılsa da, karyerasını Azərbaycanda davam etdirə bilər. Belə ki, onun xidmətində iki klubumuz - "Neftçi" və "Qəbələ" maraqlıdır. Hazırda danışıqlar gedir.
Hazırda "İnter"in heyətində iki gürcü futbolçu qalıb - Georgi Lomaya və Zurab Xizanişvili. Onların da komandada qalıb-qalmayacağı hələ bilinmir.
Qeyd edək ki, Nika Kvekveskiri "İnter"in heyətində 38 oyuna çıxıb və 7 qol vurub.
- Fanat.az