"Qəbələ" türk klubuna qalib gəldi - VİDEO

"Qəbələ" türk klubuna qalib gəldi - VİDEO

Antalyada təlim-məşq prosesi keçən "Qəbələ"nin 19 yaşlıları ilk oyununa çıxıb. Fanat.Az xəbər verir ki, “Kartalspor”la qarşılaşan komanda 3:1 hesabı ilə qalib gəlib.

 

"Qırmızı-qaralar"ın heyətində Kamran Quliyev dubl edib. Digər qolu isə Məhəmməd Abbaslı rəqib qapısından keçirib.

 

“Qəbələ” matça aşağıdakı start 11-liyi ilə başlayıb: Elməddin Sultanov, Tural Əjdərli, Faiq Hacıyev, Osman Soltanov, Güləli Mehrəliyev, İlkin Abdullayev (k), Vüsal Mustafayev, Elmir Tağıyev, Kamran Quliyev, Tunar Mütəllimov, Tacir Əlizadə.

 

İlk hissədən sonra əvəzlənən futbolçular - Əlizadə Tacir və Elmir Tağıyev Qəbələ TV-yə toplanışın gedişi və matçdan danışıblar. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər