"Qəbələ" transferini açıqladı - FOTO

"Qəbələ" transferini açıqladı - FOTO

“Qəbələ” növbəti transferini gerçəkləşdirib. Fanat.Az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Rasim Ramaldanovu heyətinə qatıb. 

31 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb. Ramaldanov Azərbaycanda “Simurq” (2008-2013), “Xəzər Lənkəran” (2013-2015) və “Sumqayıt”da (2016) çıxış edib. Gürcüstanda legioner həyatı yaşayan Ramaldanovun son klubu ötən il formasını geyindiyi “Kolxeti” olub. 2012-ci ildə Azərbaycan milli komandasında debüt edən futbolçu ölkəmizin əsas yığmasında 17 oyun keçirib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər