Əvəzedici heyətlərin ölkə çempionatında XXXIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutub.
"Neftçi" doğma meydanda AZAL-ı 1:0 hesabı ilə yenib. "Qarabağ" isə "Sumqayıt"ı darmadağın edib - 3:0.
Turun qalan 3 oyunu bu gün baş tutub. "İnter" səfərdə "Rəvan"a 4:1 hesabı ilə qalibi gəlib. "Xəzər Lənkəran" - "Kəpəz" matçında qalib müəyyənləşməyib. Çempionluğunu rəsmiləşdirən "Qəbələ" isə "Zirə"nin qonağı olub və 1:2 hesabı ilə yeinilib.
Əvəzedici heyətlər
2015/16 mövsümü
IV dövrə, XXXIII tur
5 may
Neftçi - AZAL 1:0
Qol: Aqşin Qurbanov, 51.
Qarabağ - Sumqayıt 3:0
Qollar: Fuad Kərimli, 7. İbrahim Aslanlı, 68. Elçin İsmayılov, 85.
6 may
Rəvan - İnter 1:4
Qollar: Nurxan Mənsimzadə, 64 - Camal Camalov, 26; 49. Vüsal Nağıyev, 31. Oleq Kurbatov, 73.
Xəzər Lənkəran - Kəpəz 2:2
Qollar: Kamal Dənziyev, 2; 47 - Məhərrəm Hüseynov, 54; 81.
Zirə - Qəbələ 2:1
Qollar: Muxtar Əliyev, 62. Amil Atakişiyev, 71 - Ülvi İsgəndərov, 28.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Qəbələ | 33 | 23 | 3 | 7 | 83-31 | 72 | |
| 2 | Qarabağ | 33 | 17 | 9 | 7 | 53-29 | 60 | |
| 3 | Sumqayıt | 33 | 17 | 8 | 8 | 61-38 | 59 | |
| 4 | Neftçi | 33 | 15 | 6 | 12 | 60-43 | 51 | |
| 5 | Kəpəz | 33 | 13 | 11 | 9 | 50-44 | 50 | |
| 6 | Zirə | 33 | 14 | 6 | 13 | 48:50 | 48 | |
| 7 | İnter | 33 | 11 | 5 | 17 | 57-65 | 38 | |
| 8 | Rəvan | 33 | 11 | 2 | 20 | 42-67 | 35 | |
| 9 | AZAL | 33 | 8 | 6 | 19 | 40-68 | 30 | |
| 10 | Xəzər Lənkəran | 33 | 6 | 4 | 23 | 34-93 | 22 | |
|
Bombardirlər | Ehtiram Şahverdiyev (Qəbələ) - 20. Ramil Həsənov (Qəbələ) - 17. Şahin Əliyev (Sumqayıt) - 15. | |||||||
Fanat.az