"Qəbələ" - "Yagelloniya" matçının biletləri satışda

"Qəbələ" - "Yagelloniya" matçının biletləri satışda

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - "Yagelloniya" (Polşa) oyununun biletləri satışa çıxarılıb. Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolsevərlər bu gün saat 15:00-dan etibarən bilet ala biləcək.

 

Azarkeşlər bunun üçün Tofiq Bəhramov adına Respublika Stadionunun və 8-ci km qəsəbə stadionunun kassalarına baş çəkməlidi. Qiymətlər sektorlardan asılı olaraq, 1 və 2 manat, VİP sektorlar üçün isə 10 manatdı.

 

Qeyd edək ki, iyulun 13-də 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - "Yagelloniya" matçı saat 21:00-da başlayacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər