"Qəbələ" - "Sent-Etyen" matçının biletləri satışda

"Qəbələ" - "Sent-Etyen" matçının biletləri satışda

Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Sent-Etyen" (Fransa) oyununun biletləri satışa çıxarılıb. 

Fanat.Az xəbər verir ki, biletləri bu gün saat 15:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun ("Gənclik" metrosu yaxınlığı) və "Bakcell Arena"nın (8-ci km stadionu) kassalarından almaq olar. 

Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 10 manatdır. 

Qeyd edək ki, noyabrın 3-də "Bakcell Arena"da (8-ci km stadionu) keçiriləcək "Qəbələ" - "Sent-Etyen" matçı saat 22:00-da başlayacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər