Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək "Qəbələ" - "Panatinaikos" (Yunanıstan) cavab oyununa hakim təyinatları açıqlanıb.
Matçı İngiltərə Futbol Federasiyasının hakimləri briqadası idarə edəcək. Görüşün baş hakimi Kreyq Pauson təyin olunub. Ona Li Betts və Adam Nunn köməklik edəcək. Dördüncü hakim funksiyasının isə Kevin Friend yerinə yetirəcək.
Qeyd edək ki, "Qəbələ" - "Panatinaikos" oyunu avqustun 3-ü saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matçda Yunanıstan klubu 1:0 hesabı ilə qalib gəlib.
Fanat.Az