Topaz Premyer Liqasında yaranan fasilədən faydalanan "Neftçi" və "Qəbələ" sınaq matçına çıxıb. Fanat.Az xəbər verir ki, tərəflər Bakı klubunun Bakıxanovdakı İsmət Qayıbov adına təlim-məşq bazasında üz-üzə gəlib.
Oyun bölgə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qırmızı-qaralar"dan Elvin Məmmədov və Famoussa Kone fərqlənibsə, "Neftçi"nin qoluna Mirabdulla Abbasov imza atıb.
Fanat.Az