"Qəbələ" - "Maribor" qarşılaşmasının başlama vaxtı açıqlandı

"Qəbələ" - "Maribor" qarşılaşmasının başlama vaxtı açıqlandı

Avropa Liqasında ölkəmizi təmsil edən "Qəbələ"nin "Maribor"la ilk qarşılaşmasının vaxtı məlum olub.

Fanat.Az xəbər verir ki, ilk görüş paytaxtımızda, "Bakcell Arena"da keçiriləcək. Avqustun 18-də keçiriləcək oyunun start fiti saat 21:00-da səslənəcək. Oyunu idarə edəcək hakimlər briqadasının üzvlərinin adları hələ açıqlanmayıb.

Xatırladaq ki, "Qəbələ" "Maribor"u iki oyunun nəticəsinə görə məğlub edə bilsə, ardıcıl ikinci mövsüm Avropa Liqasınıın qrup mərhələsində oynamaq üçün vəsiqə qazanacaq. İndiyə qədər bu uğura ölkəmizdə təkcə "Qarabağ" imza atıb.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər