"Qəbələ" "Mançester Siti"yə rəqib ola bilər

"Qəbələ" "Mançester Siti"yə rəqib ola bilər
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək “Qəbələ”nin U-19 komandasının potensial rəqibləri müəyyənləşir. Fanat.az xəbər verir ki, təmsilçimiz mübarizəyə “Çempionlar yolu”nun I təsnifat mərhələsindən başlayacaq.
"Qəbələ"nin artıq 12 potensial rəqibi bəllidi: "Mançester Siti" (İngiltərə), "Malaqa" (İspaniya), "Anderlext" (Belçika), "Ayaks" (Hollandiya), “Dinamo” (Moskva, Rusiya), “Rusenborq” (Norveç), APOEL (Cənubi Kipr), “Makkabi” (Hayfa, İsrail), AİK (İsveç), “Liteks” (Bolqarıstan), “Nitra” (Slovakiya) və “Kayrat” (Qazaxıstan) 
Qeyd edək ki, "Qəbələ" U-19 liqasının qalibi olaraq UEFA Gənclər Liqasına vəsiqə qazanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər