“Qəbələ”nin əvəzedici komandası növbəti yoxlama oyununu keçirib. Fanat.Az xəbər verir ki, Gürcüstanda keçirilən təlim-məşq toplanışı çərçivəsində Tiflis “Dinamo”su (0:0) və “Saburtalo”nun (3:1) əvəzediciləri ilə görüşən “qırmızı-qaralar” qonşu ölkədəki üçüncü qarşılaşmasında “Lokomotiv”lə görüşüb.
“Dəmiryolçular”ın əvəzedici heyəti ilə matçda hesabı “Qəbələ” açıb. Nurlan Quliyevin penaltidən vurduğu qol Elmar Baxşıyevin yetirmələrinə fasiləyə üstün yollanmağa imkan verib. Lakin meydan sahibləri oyunun ikinci yarısında fərqlənməyə nail olub – 1:1.
Beləliklə, "Qəbəçlə" Gürcüstan toplanışını heç-heçə ilə başa vurub. Bu gün Qəbələyə qayıdacaq “qırmızı-qaralar” ikigünlük istirahətdən sonra çempionatın ilk turunun hazırlıqlarını davam etdirəcək.
Fanat.Az